EN

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

Kiyevə hava hücumu zamanı Solomenski rayonunda ofis binasına ziyan dəyib. Dneprovsk rayonunda isə qarajlar yanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko "Teleqram" səhifəsində bildirib.

Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə "Teleqram" səhifəsində bildirib ki, hava hücumu zamanı bir nəfər həlak olub.

Təcili yardım xidmətləri hadisə yerlərində göndərilib. Qolosevski rayonunda iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

04:01

Rusiya ordusu gecə saatlarından başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava hücumuna başlayıb.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, gecə saatlarından Kiyevdə partlayış səsləri eşidilir, hava hücumundan müdafiə sistemləri aktiv işə düşüb. Hava zərbələri zamanı dron və raketlərdən istifadə edilir.

Kiyev şəhər Hərbi Administrasiyası hava hücumlarının əsas hədəfinin enerji və kritik infrastrukturlar olduğunu açıqlayıb.

Qeyd edək ki, yanvarın əvvəlindən Kiyev şəhəri və vilayətinin enerji infrastrukturlarına endirilən silsiləvi hava zərbələri nəticəsində Ukrayna paytaxtının enerji təminatında fövqəladə vəziyyət yaranıb.

Chosen
19
1
azerbaijan-news.az

2Sources