EN

Əhmədlidə üç il əvvəl tikintiyə icazə verilməyən yerdə AĞACLAR QIRILDI, yerinə daş döşəndi - Sakin ŞİKAYƏTİ

Bakı şəhəri, Xətai rayonu ərazisində, Əhmədli qəsəbəsində yaşıllıq sahə məhv edilərək yerinə daş döşənib.

 

Bu barədə Oxu.Az-a müraciət edən sakinlər bildiriblər.

 

Hadisə şahidləri və sakinlərin sözlərinə görə, məhv edilən yaşıllığın yerində restoranın tikiləcəyi ehtimal olunur:

 

"Təmizlik" işləri çox qısa zamanda icra edildi, yolayrıcındakı yaşıllıq ekskavatorun qabağına verilərək, ərazi tanınmaz hala salındı. Bir çox ağaclar texnika vasitəsilə məhv edildi, ərazi betonlandı və ağacların qırıldığı, çıxarıldığı yerlər də daxil olmaqla, həmin əraziyə daş döşəndi".

 

Sakinlər bildiriblər ki, Sarayevo küçəsində həmin istiqamətdəki digər yaşıllıq zonaları da müxtəlif tarixlərdə bu aqibəti yaşayıb:

 

"Qısa zaman sonra onların da yerində restoranlar fəaliyyətə başladı".

 

Sakinlər istisna etməyiblər ki, bu dəfə də məhv edilən yaşıllığın yerində restoran tikiləcək.

 

Qeyd edək ki, sözügedən ərazidə üç il əvvəl (2023-cü ilin fevralında - red.) də analoji işlər görülməyə cəhd edilib, lakin sakinlərin etirazlarından sonra proses yarımçıq dayandırılaraq, yaşıllıq zolağında quraşdırılan konstruksiya sökülərək ərazi əvvəlki vəziyyətinə gətirilmişdi.

Tarix: 24 Yanvar 2026, 10:42   
Chosen
30
10
pravda.az

10Sources