EN

ABŞ-nin 16 ştatında fövqəladə vəziyyət elan edildi

ABŞ-nin az qala yarısında son dərəcədə güclü qar çovğunu gözlənilir. Artıq 16 ştatda, o cümlədən paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qar çovğunun elektrik təchizatında ciddi problemlərə və gündəlik tələbat məhsullarının müvəqqəti qıtlığına səbəb ola biləcəyi ehtimal edilir.

Bir hissəsi Böyük Düzənliklərdə (Great Plains) formalaşan soyuq hava kütlələri cənub və mərkəzi-qərbi bölgələrə qədər olan ərazilərə şaxtalı-qarla hava gətirəcək.

Əlverişsiz havanın azı 230 milyon sakinin yaşayışına təsir edəcəyi bildirilir.

Ştat qubernatorları əvvəlcədən fövqəladə vəziyyət elan edərək ölümcül təhlükə barədə xəbərdarlıq ediblər, eyni zamanda mövcud şəraitlə mübarizə aparmaq üçün maliyyə ehtiyatlarının sərbəst istifadəsinə imkan yaradıblar.

Cümə gününün əvvəlində ABŞ-nin cənubunda yerləşən Texas, Luiziana, Missisipi, Alabama, Corciya, Cənubi Karolina və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
40
1
olaylar.az

2Sources