BAKI, 24 yanvar. TELEQRAF
ABŞ-nin “Vaşinqton Spirit” klubunun və milli komandasının futbolçusu Triniti Rodman dünyanın ən çox maaş alan qadın futbolçusu olub.
Teleqraf xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.
Sabiq basketbolçu Dennis Rodmanın qızı “Vaşinqton Spirit” klubu ilə müqaviləsini 3 il uzadıb. 2028-ci ilədək qüvvədə olacaq və bonuslarla birlikdə illik təxminən 2 milyon dollar dəyərindədir.
Qeyd edək ki, Rodman 2021-ci ildən “Vaşinqton Spirit” klubunun formasını geyinir. O, 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında iştirak edib və üç qol vurub. Finalda ABŞ millisi Braziliya yığmasına qalib gəlib.