ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Yanvarın 24-də Bakı Slavyan Universiteti (BSU) ilə Bank Respublika arasında əməkdaşlıq çərçivəsində bank sektorunda inklüziv yanaşmaların təşviqi məqsədilə peşəkar inkişaf təlim proqramı təşkil olunacaq. “İnklüziv bankçılıq” mövzusuna həsr edilən təlim Bank Respublikanın əməkdaşları üçün nəzərdə tutulub.
Təlim proqramı iki modul üzrə həyata keçiriləcək:
I modul: İnklüziv bank – müştəri mərkəzli yanaşma
II modul: Müştəri xidmətində inklüzivlik: ünsiyyət, əlçatanlıq və təhlükəsiz xidmət

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.