EN

Ötən gün 6 avtomat silahı, 25 tüfəng aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 25 tüfəng, 5 patron darağı və 427 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

"Cebheinfo.az"

Chosen
33
22
cebheinfo.az

10Sources