EN

Metsamorla bağlı mühüm yenilik: İrəvan bu ölkə ilə razılaşdı

ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin səfəri çərçivəsində ABŞ və Ermənistan arasında nüvə enerjisi sahəsində anlaşma imzalanacağı bildirilir. Ermənistan ikinci enerji blokunun inşasını ABŞ şirkətinə verməyi planlaşdırır. Metsamor AES-in yenidənqurulması da ABŞ-yə təhvil veriləcək.

Qeyd edək ki, Metsamor AES 2027-ci ilə qədər Rusiyanın “Rosatom” şirkətinin idarəçiliyindədir. İkinci AES-in və ya yeni enerji blokunun inşasını isə Ermənistan Rusiya əvəzinə ABŞ şirkətinə verməyə hazırlaşır.

Kənan Novruzov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, ABŞ Cənubi Qafqazdakı imkanlarını artırmağa çalışır və bu məqsədlə müxtəlif addımlar atır:

“Rəsmi Vaşinqtonun bütün səyləri regionda güclənməyə hesablanıb. ABŞ həm təsir imkanlarını artırmağa, həm də iqtisadi dividendlər qazanmağa çalışır. Digər tərəfdən, Vaşinqton rəsmi Moskvanın bölgədəki təsir imkanlarını azaltmağa çalışır. Əlbəttə, qeyd olunan layihələr Ermənistan–ABŞ münasibətlərini yeni mərhələyə çatdırmaqla yanaşı, həm də İrəvanı Moskvadan uzaqlaşdıracaq”.

“Uzun müddətdir Moskva ilə problemləri olan və hər vəchlə Kremlin təsirindən çıxaraq Qərbə inteqrasiya etməyə çalışan İrəvan üçün bu, mühüm fürsətdir. Hesab edirəm ki, proses bundan sonra da davam edəcək. Xüsusilə ABŞ ilə əməkdaşlığı artan Ermənistan Vaşinqtonu Kremlə nisbətən daha vacib tərəfdaş kimi görür.

Lakin bu proses elə də bəsit deyil. Böyük ehtimalla Kreml prosesə müdaxilə etməyə çalışacaq. Ən önəmlisi isə Ermənistan daxilində seçkiöncəsi prosesləri qarışdırmaq istəyə bilər”, – deyə ekspert qeyd edib.

Atilla Rzasoy

Chosen
119
nocomment.az

1Sources