EN

Liverpul un müdaffiəçisi Tottenhem ə keçə bilər

Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatan Endryu Robertson Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Tottenhem" şotlandiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "The Times" nəşri məlumat yayıb.

London klubu Robertsonu uzunmüddətli sıradan çıxan Ben Devisin əvəzləyicisi kimi düşünür. "Tottenhem" 31 yaşlı sol cinah müdafiəçisi üçün onun klubuna 3 milyon funt-sterlinqlik təklif göndərəcək.

Qeyd edək ki, "Liverpul" Endryu Robertsonu 2017-ci ilin yayında "Hall Siti"dən transfer edib. Şotlandiya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi maatçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
1
sportal.az

2Sources