Etiraz aksiyalarının təşkilatçıları aeroportlar vasitəsilə təxminən 2000 nəfərin ABŞ-dəndeportasiya olunduğunu bildiriblər.

Açıqlanan məlumata görə, immiqrasiya rəsmiləri hava limanının 12 əməkdaşını həbs edib.
Eyni zamanda,Minnesota həmkarlar ittifaqları, mütərəqqi dini liderlər və icma fəallarının dəstəklədiyi“ICE Out of Minnesota: A Day of Truth and Freedom”ümumi tətil kampaniyası çərçivisində də etiraz aksiyaları baş tutub.
Kampaniya tərəfdarları Minnesotada federal immiqrasiya agentlərinin olmasına etiraz etmək üçün ştatın bütün sakinlərini işə və məktəbə getməməyə,alış-veriş etməməyə çağırıblar.

“Bring Me The News” nəşrinin məlumatına görə, 700-dən çox müəssisə yanvarın 23-də “ICE Out of Minnesota” aksiyasının keçirilməsi üçün bağlanıb.
Sahil İsgəndərov
AzVision.az