EN

İndoneziyada torpaq sürüşməsi: 10 ölü - YENİLƏNİB

İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi qurbanlarının sayı 10-a çatıb.

"Cebheinfo.az" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə Çinin mərkəzi televiziyası (CCTV) İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Yüngülləşdirilməsi üzrə Agentliyə istinadən məlumat yayıb.

"Qərbi Yava əyalətinin Qərbi Bandunq rayonunda baş vermiş sürüşmə nəticəsində həlak olanların sayı 10-a çatıb, 89 nəfər isə itkin düşmüş sayılır", - məlumatda qeyd edilib.

Daha əvvəl 7 nəfərin həlak olduğu bildirilmişdi.

***

09:26

İndoneziyada torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 82 nəfər itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Yüngülləşdirilməsi üzrə Agentliyə istinadən məlumat yayıb.

Sürüşmə İndoneziyanın Qərbi Yava əyalətinin Qərbi Bandunq rayonunda baş verib.

"Cebheinfo.az"

Chosen
48
1
cebheinfo.az

2Sources