EN

5 gün dərs olmayacaq - Bu tarixlərdə…

Yanvarın 27-dən ölkədəki ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili start götürəcək.
ONN media xəbər verir ki, tətil Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" qərarına əsasən müəyyənləşib.
Məlumata görə, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək. Qərar məktəbəhazırlıq qruplarına da şamil olunur.
Qeyd olunur ki, həm 5 günlük, həm də 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən məktəblərdə tətildən sonra ilk dərs günü 2 fevral 2026-cı il olacaq.
Chosen
51
3
onn.az

10Sources