EN

Şəmkirdə şadlıq sarayı alan keçmiş aparat rəhbəri kimdir?

[center]Şəmkirdə[/center]Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda şadlıq sarayı alıb.

Rayonda fəaliyyət göstərən “Murovdağ” şadlıq sarayı artıq keçmiş aparat rəhbərinin oğlunun adına keçib.

Məlumat üçün deyək ki, “Murovdağ” şadlıq sarayı vergi qeydiyyatına “Adore Business” MMC kimi alınıb. Bu MMC-nin rəhbəri isə Rüfət Cavanşir oğlu Yusifovdur.

Bəzi məlumatlarda Şəmkirdə fəaliyyət göstərən “Yamin” şadlıq sarayının da Cavanşir Yusifovun nəzarətinə keçdiyi iddia edilir.

Bu iddialarla bağlı keçmiş aparat rəhbərindən şərh almaq mümkün olmayıb.[center][/center]Cavanşir Yusifov ötən ilin martında tutduğu vəzifədən azad edilib. O, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusifovun qardaşıdır./Qaynarinfo/

Chosen
22
19
yenisoz.az

10Sources