Azərbaycan 1-ci Liqasının iddialı klublarından olan "Şəfa" heyətini Kosovo klubundan ayrılan Elmir Tağıyevlə gücləndirib.
Bu barədə Rekord.az-a Bakı klubunun mətbuat xidmətindən bildirilib.
25 yaşlı futbolçu ilə 6+1 illik müqavilə imzalanıb.
Yarımmüdafiəçinin son klubu Kosovo təmsilçisi "Drenitsa" olub.