
Rusiya ordusunun Kiyevə endirdiyi zərbə nəticəsində paytaxtda yerləşən “Roshen” şirkətinin konditer fabrikinə ziyan dəyib.
Missiya.Az "APA"ya istinadən xəbər verir ki, bu barədə “RBK-Ukrayna”nın Kiyev üzrə Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, konditer fabrikinin yuxarı mərtəbəsi zədələnib. Hücum nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə xəsarət alıb.