EN

Saxalində səmada iki Günəş görünüb

Rusiyanın Saxalin bölgəsi üzərində səmada iki Günəş görünüb. Saxalin sakinləri nadir optik halın şahidi olublar.

Bu barədə 7News.Az Oxu.az-a istinadən xəbər verir.

Məlumata görə, bu, altıbucaqlı, prizmatik formalı buz kristallarında işığın sınması nəticəsində yaranan parheliondur (saxta, yalançı Günəş - red.). Onlar yer səthindən 6-10 kilometr yüksəklikdə sirius buludlarında (buz dumanı - red.) əmələ gəlir.
Chosen
59
6
7news.az

7Sources