EN

Donald Tramp Davosda yalnız Prezident İlham Əliyev və Volodimir Zelenski ilə təkbətək görüşdü

Bakı. Trend:

Dünya iqtisadi gündəmini formalaşdıran beynəlxalq forum – Davosİqtisadi Forumu başa çatdı. Bu toplantıda iqtisadi-siyasidialoqlar, sazişlərin imzalanması ilə yanaşı bir neçə mühüm məqamda diqqət çəkdi.

Dünya siyasətində həlledici rol oynayan dövlətin rəhbəri- ABŞ Prezidenti Donald Tramp forum çərçivəsində cəmi iki ölkəbaşçısı ilə təkbətək görüşdü: Azərbaycan Prezidenti İlham Əliyev vəUkrayna Prezidenti Volodimir Zelenski ilə.

Təkcə bu reallıq Azərbaycan Prezidenti İlham Əliyevin yeni dünyaidarəçiliyindəki artan nüfuzunun parlaq göstəricisi kimiqiymətləndirilir. Onlarla dövlət və hökumət başçısının, habeləqlobal iqtisadi elitanın aparıcı nümayəndələrinin iştirak etdiyiyüksək səviyyəli beynəlxalq forum çərçivəsində Prezident İlhamƏliyevin ABŞ Prezidenti Donald Trampla təkbətək görüşü Azərbaycandövlət başçısının beynəlxalq siyasi nüfuzunun, şəxsi etibarının vəqlobal liderlər dairəsində qəbul olunan aktor statusunun barizgöstəricisidir. Bu görüş İlham Əliyevin təkcə regional lider deyil,eyni zamanda qlobal siyasi dialoqda birbaşa təmas qurmaq imkanınamalik etibarlı tərəfdaş kimi dəyərləndirildiyini təsdiqləyir.

Chosen
53
2
az.trend.az

3Sources