EN

ABŞ-nin vitse-prezdentindən Bakı və İrəvana eyni səfər – Çantasında hansı mühüm sənəd ilə gəlir?

ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens fevralda Vaşinqtonun Cənubi Qafqazda davam edən sülh səylərinin bir hissəsi olaraq Azərbaycan və Ermənistana səfər edəcək. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsinda yazıb.

Onun sözlərinə görə, Vensin səfəri Azərbaycan və Ermənistan arasında sülh prosesini daha da irəli aparmağa, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan yolun həyata keçirilməsinə yönəlib.

Tramp vurğulayıb ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlığını gücləndirmək, Ermənistanla, o cümlədən sülh təşəbbüsləri və iqtisadi layihələr sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin Azərbaycan və Ermənistana planlaşdırılan səfəri Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni və daha fəal mərhələyə keçdiyini göstərir.

Trampın vurğuladığı kimi, Vensin səfərinin əsas məqsədi Azərbaycan–Ermənistan sülh prosesini irəli aparmaqla yanaşı, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılan yol layihəsinin reallaşdırılmasıdır. Bu isə onu göstərir ki, ABŞ bölgəyə yalnız diplomatik vasitəçi kimi deyil, həm də iqtisadi və strateji aktor qismində daxil olmağa çalışır.

Azərbaycan bu prosesdə Vaşinqton üçün açar ölkə rolunu oynayır.

ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək niyyəti enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və regional sabitlik baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Orta Dəhliz və onun Avropa–Asiya əlaqələrində artan rolu Vaşinqtonun diqqətindən kənarda deyil. TRIPP təşəbbüsü də məhz bu kontekstdə Azərbaycanın tranzit və regional liderlik potensialını ön plana çıxarır.

Ermənistanla bağlı yanaşma isə fərqlidir.

ABŞ açıq şəkildə İrəvanla sülh təşəbbüsləri və iqtisadi layihələr sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətini ortaya qoyur. Bu, bir tərəfdən Ermənistanı sülh gündəliyinə daha sıx bağlamaq, digər tərəfdən isə onu Rusiyanın təsir dairəsindən tədricən uzaqlaşdırmaq strategiyasının tərkib hissəsidir.

Vaşinqton üçün Ermənistan regionda yönləndirilə bilən tərəfdaşdır. Bu mənada Ceyms Di Vensin Bakı və İrəvana səfəri eyni zamanda ABŞ-nin Cənubi Qafqazda Rusiya və qismən də İran təsirini balanslaşdırmaq cəhdlərinin davamıdır. Müharibədən sonrakı dövrdə regionda yaranmış siyasi boşluq Vaşinqton üçün yeni imkanlar açıb və ABŞ bu fürsəti qaçırmaq niyyətində deyil.

Politoloq Turan Rzayev

Chosen
18
nocomment.az

1Sources