EN

ABŞ bu ölkədən çıxır: Əfqanıstan ssenarisi təkrarlanacaq?

“Voll Strit Jurnal” məlumat yayıb ki, ABŞ Suriyadan qoşunlarının tamamilə çıxarılması ehtimalını nəzərdən keçirir.

Məlumata görə, hazırda Suriyada təxminən 1 ABŞ əsgəri var. Onların əksəriyyəti şimal-şərqdə, bəziləri isə cənub bölgəsində yerləşir:

“Suriyada amerikalılar kürd qüvvələri (SDQ) ilə əməkdaşlıq ediblər. Onlar SDQ ilə birgə patrul və əməliyyatlar həyata keçiriblər. Əslində, ABŞ-nin Suriyadakı bütün səyləri İŞİD-in dirçəlişinin qarşısını almağa yönəlib. Lakin indi Suriya ordusu kürd milislərinə qarşı hücum aparır və onları bir çox obyektdən sıxışdırmağı bacarıb. ABŞ-yəsa görə, əsas müttəfiqlərinin faktiki olaraq məğlub edilməsindən sonra ordusunun orada qalması məntiqli deyil”.

Qeyd edək ki, Amerika qoşunları 214-cü ildən bəri Suriyadadır.

Yusif Bağırzadə

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, ABŞ-nin öz qoşunlarını Suriyadan çıxarma ehtimalı prinsip etibarilə mümkündür:

“Birincisi ona görə ki, onların sayı elə də çox deyil, ikincisi isə Vaşinqton bu qüvvələri uzun illərdir SDQ və digər kürd qrupları ilə əməkdaşlıq çərçivəsində saxlayırdı. Məqsəd isə İŞİD-in dirçəlişinin qarşısının alınması idi. Lakin son hadisələr göstərir ki, artıq ABŞ üçün bu əməkdaşlıq praktik olaraq strateji fayda vermir. Suriya ordusunun kürd qüvvələrinə qarşı irəliləyişi, onların bir çox strateji obyektlərdən sıxışdırılması, başqa sözlə desək, əsas müttəfiqlərin zəifliyi Vaşinqtonu bu regiondakı mövcudluğunu yenidən qiymətləndirməyə vadar edir.

ABŞ-nin PKK/SDQ ilə müttəfiqliyini sona çatdırması və  “Heyət Təhrir əl-Şam” (HTŞ) kimi digər qruplarla əlaqəyə keçməsi maliyyə və strateji baxımdan məntiqi addım sayıla bilər. Son 25 il ərzində ABŞ Yaxın Şərq və Əfqanıstanda təxminən 7–8 trilyon dollar xərcləyib. Bu maliyyə itkiləri Vaşinqtonu separatçı qüvvələrə dəstək siyasətini azaltmağa, riskləri yerli aktorlara ötürməyə vadar edir. Beləliklə, SDQ və digər kürd qruplarına dəstəyə ehtiyac artıq praktik olaraq mövcud deyil.

Bundan əlavə, ABŞ-nin Suriyadakı hərbi mövcudluğu İŞİD təhlükəsini dayandırmaq baxımından strateji zərurət yaratmır. Suriya ordusunun Rakka və şimal-şərq bölgələrində nəzarəti güclənib, həbsxanalar və strateji obyektlər artıq hökumət qüvvələrinin nəzarətinə keçib. Bu isə ABŞ üçün bölgədə qalmağın maliyyə və siyasi xərclərini artıran, lakin real strateji fayda verməyən bir vəziyyət yaradır. ABŞ-ın çıxışı həmçinin Türkiyə, İran və İraq üçün regional güc balansını yenidən tənzimləyir, PKK və PEJAK kimi qrupların təsirini azaldır, Suriya hökumətinə və digər aktorlara manevr imkanları yaradır”.

“Ümumilikdə, ABŞ-nin Suriyadan qoşunlarını çıxarma ehtimalı həm maliyyə, həm strateji, həm də təhlükəsizlik aspektindən məntiqi görünür. SDQ və digər kürd qruplarına dəstək artıq zəruri deyil, Suriya ordusunun mövcudluğu İŞİD təhlükəsini onsuz da minimuma endirir. Bu isə ABŞ-yə öz resurslarını digər strateji prioritetlərə yönəltmək imkanı verir. Bu addım həm də regiondakı aktorlara ABŞ-nin uzunmüddətli müdaxilədən çəkildiyi, təhlükəsizlik və güc balansının artıq yerli və regional qüvvələrin ixtiyarında olduğu barədə siyasi siqnal kimi qəbul oluna bilər”, – politoloq bildirib.

Atilla Rzasoy

Chosen
13
nocomment.az

1Sources