Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gərginləşməsi fonunda bir sıra iri havayolu şirkətləri İsrail istiqamətində reysləri ləğv etmək və ya məhdudlaşdırmaq qərarı verib.
NOCOMMENT.az xəbər verir ki, “Lufthansa Group” İsrailə və regiondakı yaxın istiqamətlərə uçuşları tamamilə ləğv edib və bəzi marşrutlar üzrə məhdudiyyətlər tətbiq edib.
“Air Canada” və “United Airlines” da Tel-Əvivə bütün uçuşların müvəqqəti olaraq dayandırıldığını açıqlayıb. Şirkətlər qərarı sərnişinlərin və ekipajın təhlükəsizliyi ilə əlaqələndirir.
Məlumata görə, vəziyyətin inkişafından asılı olaraq uçuşların bərpası ilə bağlı qərar sonradan veriləcək.
Aliyə