2025-ci ildə Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 9 milyard 655 milyon manat vəsait xərclənib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.4% çoxdur.
Qeyd edək ki, ötən ilin dekabr ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 901 milyon manata bərabər olub.