EN

Bu ərazidə ağaclar qırıldı, yerinə daş döşəndi

Bakı şəhəri, Xətai rayonu ərazisində, Əhmədli qəsəbəsində yaşıllıq sahə məhv edilərək yerinə daş döşənib.
ONN media xəbər verir ki, bu barədə Oxu.az-a sakinlər bildiriblər.
Hadisə şahidləri və sakinlərin sözlərinə görə, məhv edilən yaşıllığın yerində restoranın tikiləcəyi ehtimal olunur:
"Təmizlik" işləri çox qısa zamanda icra edildi, yolayrıcındakı yaşıllıq ekskavatorun qabağına verilərək, ərazi tanınmaz hala salındı. Bir çox ağaclar texnika vasitəsilə məhv edildi, ərazi betonlandı və ağacların qırıldığı, çıxarıldığı yerlər də daxil olmaqla, həmin əraziyə daş döşəndi".
Sakinlər bildiriblər ki, Sarayevo küçəsində həmin istiqamətdəki digər yaşıllıq zonaları da müxtəlif tarixlərdə bu aqibəti yaşayıb:
"Qısa zaman sonra onların da yerində restoranlar fəaliyyətə başladı".
Sakinlər istisna etməyiblər ki, bu dəfə də məhv edilən yaşıllığın yerində restoran tikiləcək.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, iddialarla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır, əlavə məlumat veriləcək.
Qeyd edək ki, sözügedən ərazidə üç il əvvəl (2023-cü ilin fevralında - red.) də analoji işlər görülməyə cəhd edilib, lakin sakinlərin etirazlarından sonra proses yarımçıq dayandırılaraq, yaşıllıq zolağında quraşdırılan konstruksiya sökülərək ərazi əvvəlki vəziyyətinə gətirilmişdi.

Chosen
18
12
onn.az

10Sources