EN

Niyaməddin Musayev qızının FHN də işə düzəlməsindən danışdı Mən xahiş etmişdim...

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Niyaməddin Musayev qızının bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyində (FHN) işləməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Demokrat.az xəbər verir ki, Xalq artisti oxu24.com-a açıqlamasında qızının bir neçə il əvvəl FHN-də işlədiyini təsdiqləyib.“Bəli, qızım orada işləyib. Mən o vaxt nazirliyə getdim və qızımın işə götürülməsini xahiş etdim. Onlar da xahişimi yerə salmadılar. Yoxladılar, imtahan etdilər və işə götürdülər. Qızım ali təhsillidir, qanuni şəkildə işə qəbul edilib. Ancaq onun rütbəsindən xəbərim yoxdur”, – deyə Niyaməddin Musayev bildirib.Xalq artisti əlavə edib ki, qızının işdən çıxması öz qərarı olub:“Qərar özünün oldu. Mən ona qarışa bilməzdim. Əlavə suallara cavab vermək istəmirəm. Bu söz-söhbətlər onsuz da məni yorub”.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
demokrat.az

1Sources