Bakı. Trend:
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvüNigar Mirzəliyeva klubunu dəyişib.
Trend xəbərverir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
23 yaşlı müdafiəçi Almaniyanın “Hamburq” klubuna transferolunub.
Rusiyanın “Zenit” komandasında uğurlu çıxışları ilə diqqət çəkənN.Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqaviləimzalayıb.
Qeyd edək ki, N.Mirzəliyeva 2020-ci ildən Azərbaycan millisininüzvüdür. O, karyerası ərzində "Balxurma", "Marxal Şəki", "Rubin" və"Zenit"in formasını geyinib.