İmişli rayonu ərazisində minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə saat 14 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət var. Onlar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.