Rusiya ordusunun Kiyevə endirdiyi zərbə nəticəsində paytaxtda yerləşən “Roshen” şirkətinin konditer fabrikinə ziyan dəyib.
Leqal.info xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Kiyev üzrə Fövqəladə Hallar Dövlət Xidmətinə istinadən məlumat yayıb.
Məlumata əsasən, konditer fabrikinin yuxarı mərtəbəsi zədələnib. Hücum nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə xəsarət alıb.
Leqal.info