EN

Neftçalada avtoqəza olub, ölən və xəsarət alanlar var

Neftçalada baş verən avtoqəzada bir ailənin dörd üzvündən biri ölüb, digərləri isə xəsarət alıb.

"Far.Az"un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1982-ci il təvəllüdlü Ələkbərov Sabir Cabbar oğlu, onun həyat yoldaşı - 1990-cı il təvəllüdlü Ələkbərova Nuranə Sübhan qızı, övladları - 2011-ci təvəllüdlü Ələkbərov Murad Sabir oğlu və 2009-cu təvəllüdlü Ələkbərov Samir Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

M.Ələkbərov xəstəxanaya aparılarkən yolda həyatını itirib. Digər üç nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
20
2
far.az

3Sources