EN

Politico: Pentaqon artıq Rusiya və Çin təhdidini əsas prioritet saymır...

ABŞ-nin Yeni Milli Müdafiə Strategiyasında Rusiya və Çinin təhdidi əvvəlki qədər ön planda deyil......

Poliqon xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin bir neçə aylıq gecikmədən sonra dərc etdiyi Milli Müdafiə Strategiyasına əsasən, Pentaqon artıq Rusiya və Çindən qaynaqlanan təhdidləri birinci dərəcəli prioritet kimi qiymətləndirmir. Politico yazır ki, sənəddə əsas diqqət ABŞ ərazisinin və Qərb yarımkürəsinin təhlükəsizliyinə verilir.

Nəşrin qeyd etdiyinə görə, bu sənəd əvvəlki administrasiyaların yanaşması ilə müqayisədə, eləcə də Donald Trampın ilk prezidentliyi dövründəki xəttlə müqayisədə ciddi dönüş kimi dəyərləndirilir. Bununla belə, strategiya Trampın Venesuelaya qarşı hərbi zərbələri və Qrenlandiyanı ələ keçirməyə yönəlmiş cəhdləri ilə uzlaşır.

Ötən ay dərc olunmuş Milli Təhlükəsizlik Strategiyasından fərqli olaraq, yeni sənəddə Avropaya xüsusi yer ayrılmır və qitə “sivilizasiya tənəzzülü” məkanı kimi təqdim edilmir. Bunun əvəzində administrasiyanın Avropanın qlobal əhəmiyyətinin azalması kimi qiymətləndirdiyi tendensiya vurğulanır.

Strategiyada qeyd olunur ki, Avropa hələ də mühüm region olaraq qalır, lakin onun dünya iqtisadi gücündəki payı azalır. Sənəddə bildirilir ki, ABŞ Avropa məsələlərində iştirakını davam etdirəcək, lakin əsas prioritet ABŞ ərazisinin müdafiəsi və Çinin qarşısının alınması olacaq.

Milli Müdafiə Strategiyası, həmçinin ABŞ-nin Qərb yarımkürəsində əsas strateji ərazilərə çıxış və təsir imkanlarından geri çəkilməyəcəyini nəzərdə tutur. Buraya Panama kanalı, Meksika körfəzi və Qrenlandiya daxildir. Lakin Pentaqonun bu məqsədlərə hansı konkret yollarla nail olacağı barədə sənəddə geniş izah verilmir.

Sənəddə ABŞ üçün Rusiya, İran və Şimali Koreyadan gələn təhdidlər də xatırladılır, lakin Politico vurğulayır ki, bu risklər əvvəlki strategiyalarla müqayisədə daha az diqqət mərkəzindədir.

Poliqon.info

Chosen
40
poliqon.info

1Sources