EN

“Bütün komandaların güclınməyə ehtiyacı var” – “Qəbələ”nin məşqçisi

“Komandanı təbrik edirəm. Oyuna çox yaxşı hazırlaşmışdıq. Bilirdik ki, möhkəm kollektivə qarşı oynayacağıq. Ayın 4-ü təlim-məşq toplanışına başladıq. Bütün hazırlığı məhz birinci oyuna uyğun qurmuşduq. “Şamaxı” mövsümün əvvəlində oynadığı sistemi sonradan dəyişmişdi. Ona görə də rəqibin hər iki oyun sistemini təhlil etmişdik. Yeni transferlərimiz bu gün çox yaxşı təsir bağışladılar. Onlar artıq komandaya uyğunlaşıblar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin məşqçisi George Çixradze “Şamaxı” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Bütün komandaların güclınməyə ehtiyacı var, xüsusən də, birinci liqadan gələn komandasansa. Sadəcə olaraq, mövsümün ilk yarısında çalışdıq ki, birinci liqadan yüksələrkən bizimlə olan futbolçuları qoruyaq. Amma gedişat onu göstərdi ki, güclənməyə ehtiyac var. Premyer Liqada yerimizi qorumağa çalışırıq”.

Chosen
61
1
idmanxeber.az

5Sources