EN

Ufuk Özkan üçün donor tapıldı

Uzun müddətdir səhhətində problem yaşayan və qaraciyər nəqlini gözləyən Türkiyənin tanınmış aktyoru Ufuk Özkan üçün donor tapılıb.

Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, donor aktyorun rol aldığı seriallardan birində kadrarxasında çalışıb. 

Bununla bağlı Ufukun qardaşı Umut Özkan məlumat yayıb: “Xoşbəxtlikdən donor axtarışımızın sonuna yaxınlaşırıq. Hazırda proses 90% müsbət irəliləyir. Əgər hər şey müsbət davam edərsə, nəticələri bazar ertəsi günü həkimlərimizlə birlikdə sizinlə bölüşəcəyik. Bu proses boyunca bizimlə olan və heç vaxt tək hiss etdirməyən hər kəsə səmimi qəlbdən təşəkkür edirik. Qardaşım Ufuk Özkan və ailəmiz adından dərin minnətdarlığımızı bildiririk”. 

Xatırladaq ki, 2023-cü ildə qaraciyər çatışmazlığı diaqnozu qoyulan və təxminən iki ildir müalicə alan Ufuk Özkan səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmiş, daha sonra donor tapılması üçün sosial mediada kampaniya başladılmışdı.

Qeyd edək ki, “Geniş Aile”, “Zengin kız, fakir oğlan” kimi məşhur seriallarda rol alan aktyor həm də “Ben Bilmem Eşim Bilir” proqramının aparıcısı olaraq tanınır.

///Qafqazinfo

Chosen
63
5
sitat.info

6Sources