EN

MPL: "Qəbələ" "Şamaxı"a 4 qolla qalib gəldi

Misli Premyer Liqasının 17-ci turunda "Şamaxı" "Qəbələ"ni qəbul edib.

İki sahil” yazır ki, yarışın 45-ci dəqiqəsində D.Massumo hesabı açıb. 46-cı dəqiqədə isə İ.Amoah Qəbələ təmsilçisinin üstünlüyünü iki topa yüksəldib. 81-ci dəqiqədə İ.Akinadenin, 90+4-cü dəqiqədə isə F.İsgəndərovun verduğu qollarla “Qəbələ” “Şamaxı” üzərində 0-4 hesablı qələbəni təmin edib.

Misli Premyer Liqası,

17-ci tur

24 yanvar (şənbə)

14:00. “Şamaxı” 0–4 “Qəbələ”

Qollar: D.Massumo, 45 (0:1), İ.Amoah, 46 (0:2), İ.Akinade, 81 (0:3), F.İsgəndərov, 90+4 (0:4)

Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Müslüm Əliyev

Şamaxı şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
40
ikisahil.az

1Sources