Rusiyanın Ukraynanın Xarkov vilayətinə bugecəki hücumu nəticəsində yaralananların sayı 31 nəfərə çatıb.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yaralılar arasında iki uşaq var.
*** 16:40
Rusiyanın yanvarın 24-ü Ukraynanın Xarkov vilayətində hücumu nəticəsində yaralananların sayı 27 nəfərə çatıb.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov öz teleqram kanalında məlumat yayıb.
"Xarkova gecə hücumu nəticəsində yaralananların sayı 27 nəfərə çatıb", - deyə O.Sinequbov bildirib.
Onun sözlərinə görə, tibb işçiləri yaralılara bütün lazımi yardımı göstərirlər.