Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Qətərin Doha şəhərində keçirilmiş DIMDEX-2026 və ABŞ-ın Las Veqas baş tutumuş SHOT SHOW-2026 sərgilərində iştirak edib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkət hər iki sərgidə geniş məhsul portfelini və mühəndislik qabiliyyətlərini beynəlxalq iştirakçılara təqdim edib.
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani DIMDEX-2026 sərgisində MKE stendini ziyarət edib. MKE-nin baş direktoru İlhami Keleş ilə görüş keçirən Qətər əmiri, MKE TOLGA yaxın hava hücumundan müdafiə sistemi başda olmaqla, şirkətin yüksək texnologiyalı məhsulları haqqında ətraflı məlumat alıb.
Həmçinin DIMDEX-2026 çərçivəsində MKE stendini Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybet, Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Monqolustanın müdafiə Naziri Damba Batlut, Kolumbiyanın müdafiə Naziri Pedro Sançez, Xorvatiyanın müdafiə Naziri Ivan Anusic və BƏƏ-nin HDQ komandanı Humaid Abdulla Alremeith də ziyarət edib.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */








