EN

Bəhlul Mustafazadə "Qarabağ"dan gedəcək? - AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov müdafiəçi Bəhlul Mustafazadənin klubdan ayrılacağı ilə bağlı məlumatlara münasibət bildirib. 

"Unikal" xəbər verir ki, təcrübəli mütəxəssis bununla bağlı suala cavab olaraq bildirib:

"Təkcə Bəhlula yox, digər oyunçulara da maraq var. Təkliflər gəlir. Amma hazırda bütün diqqətimiz "Liverpul"la oyuna yönəlib. Hələlik konkret qərar verilməyib".

Qeyd edək ki, bu günlərdə B.Mustafazadənin Çin klubundan təklif aldığı barədə xəbərlər yayılıb.

Chosen
90
1
unikal.az

10Sources