EN

NATO Rusiya sərhədlərini robotlarla qoruyacaq

NATO Rusiya və Belarusla sərhədlərdə avtomatlaşdırılmış müdafiə sistemi yaratmağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, alyansın quru qoşunları üzrə qərargah rəisinin müavini, general Tomas Lovinin açıqlamasına görə, qarşıdakı iki il ərzində bu sərhədlər robotlar, pilotsuz uçuş aparatları, sensorlar və gücləndirilmiş hərbi mövcudluqla təchiz ediləcək.

General bildirib ki, sərhəd boyunca “çoxsəviyyəli müdafiə sistemi” qurulacaq. İlkin mərhələdə mümkün təhlükələrin qarşısı əsasən robotlaşdırılmış vasitələrlə alınacaq ki, bu da canlı qüvvənin birbaşa iştirakını minimuma endirməyə imkan verəcək.

Yeni konsepsiya Eastern Flank Deterrence Line (EDFL) – yəni “Şərq cinahının qarşısının alınması xətti” adlanır. Layihənin 2027-ci ilin sonunadək tam şəkildə həyata keçirilməsi planlaşdırılır. NATO rəhbərliyi bu sistemin alyansın şərq cinahında təhlükəsizliyi əhəmiyyətli dərəcədə gücləndirəcəyini vurğulayır.

Chosen
94
nocomment.az

1Sources