EN

Qvardiolanın gələcəyi “Mançester Siti”də futbolçuların psixologiyasına təsir göstərir

“Mançester Siti”nin futbolçuları klub rəhbərliyinin baş məşqçi Xosep Qvardiolanın mövsüm sonunda komandadan ayrılması ehtimalına görə plan hazırladığından xəbərdardır.

 90deqiqe.Az-ın "The Telegraph"a istinadən məlumata görə, futbolçular üçün Qvardiolanın gələcəyi məsələsi İngiltərə çempionatının iqtisadi qaydalarını pozmaq ittihamlarından daha mürəkkəb mövzu kimi qiymətləndirilir. 

Məlumata görə, 2026-cı ilin əvvəlində “Mançester Siti”də müşahidə olunan eniş Qvardiolanın gələcəyi ilə bağlı qeyri-müəyyənliklə əlaqələndirilir. Bildirilir ki, ispan mütəxəssis barədə xəbərlər futbolçuların psixoloji durumuna təsir edə bilər.

Cari ildə “şəhərlilər” bütün turnirlər üzrə 7 oyunda iştirak edib: 2 dəfə uduzub, 3 dəfə heç-heçə edib və 2 qələbə qazanıb.

Chosen
55
90deqiqe.az

1Sources