EN

Lənkəran sakini təmir zamanı AVTOBUSUN ALTINDA QALIB

Lənkəran rayonunun Velədi kəndində vətəndaş köməksiz vəziyyətdə qalıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş - 1970-ci il təvəllüdlü Taleh Abidin oğlu Məhərrəmov "İsuzu" markalı avtobusun təmiri zamanı nəqliyyat vasitəsinin dayaqdan sürüşməsi nəticəsində nəqliyyat vasitəsinin altında köməksiz vəziyyətdə qalıb.

 

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin tətbiqi ilə T.Məhərrəmov avtobusun altından çıxarılaraq xilas edilib.

 

Tarix: 24 Yanvar 2026, 22:32   
Chosen
62
27
pravda.az

10Sources