EN

ABŞ‑da sərhəd patrulu əməkdaşı silahlı şəxsə atəş açıb

ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində Sərhəd Patrul Xidmətinin əməkdaşı silahlı şəxsə atəş açıb.

Aznews.az xəbər verir ki, bu barədə "Fox News" televiziya kanalı mənbələrə istinadən xəbər verib.

"CNN" telekanalı polisə istinadən bildirib ki, Minneapolis şəhərində Sərhəd Patrul Xidmətinin əməkdaşı tərəfindən güllələnən şəxs ölüb.

Ölən şəxsin silahlı olduğu qeyd olunub, lakin atışmanın dəqiq nədən qaynaqlandığı hələlik məlum deyil.

Chosen
116
1
aznews.az

3Sources