EN

Liqa 1: “Havr”la “Monako”nun oyununda hesab açılmayıb

Fransa Liqa 1-in 19-cu turunun “Havr” və “Monako” komandaları arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Stade Ocean” stadionunda (Havr) qarşılaşıblar.

Oyun 0:0 hesablı heç-heçə ilə bitib.

Fransa liqasında 19 oyundan sonra “Havr” 20 xalla 13-cü yerdədir. “Monako” 24 xalla 10-cu yerdə qərarlaşıb.

“Monako” 31 yanvarda evdə “Renn” ilə qarşılaşacaq, “Havr” isə bir gün əvvəl səfərdə “Lans”la oynayacaq.

Turun digər oyununda “Renn” və “Loryan” üz-üzə gəliblər. Qarşılaşma 2:0 hesabı ilə “Loryan”ın xeyrinə qurtarıb.

İdman.Biz
Məqalədə:
Chosen
109
idman.biz

1Sources