EN

Suriya kürdlərlə atəşkəsi 15 gün uzatdı

Suriya keçid hökumətinə tabe olan Müdafiə Nazirliyi kürdlərin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri” (SDF) koalisiyası ilə atəşkəsin 15 gün müddətinə uzadıldığını elan edib.

Publika.az xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb.

Nazirliyinin məlumatına görə, müvafiq qərar yanvarın 25-də Bakı vaxtı ilə saat 00:00-dan qüvvəyə minib.

Müdafiə Nazirliyi aydınlıq gətirib ki, atəşkəsin uzadılması ABŞ-ın İŞİD üzvlərinin İraqdakı həbsxanalardan köçürülməsi ilə bağlı əməliyyatlarına dəstək məqsədi daşıyır.

Chosen
12
1
publika.az

2Sources