Türkiyənin İstanbul şəhərində zorakılıqla öldürülmə əlamətləri olan Özbəkistan vətəndaşının meyiti aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, başsız qadın meyiti Şişli rayonunda zibil konteynerində tapılıb. Bədən hissələri çarşafa bükülmüş vəziyyətdə olub.
Cəsədi kağız tullantıları toplayan yerli sakin aşkar edərək polisə məlumat verib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları ərazini mühasirəyə alıb, daha sonra isə qətllərin istintaqı üzrə idarənin əməkdaşları araşdırmalara başlayıb. Aparılan daktiloskopik ekspertiza (barmaq izi) nəticəsində mərhumun şəxsiyyəti müəyyən edilib. Onun 37 yaşlı Özbəkistan vətəndaşı Durdona Hakimova olduğu məlum olub.