Bakı. Trend:
Ukraynanın "Naftoqaz" şirkəti ölkənin enerji sisteminisabitləşdirmək məqsədilə bu həftə Avropadan elektrik enerjisiidxalını artırıb.
Trend-in məlumatına görə, bu barədə şirkətdən bildiriblər.
"Hökumət qərarında nəzərdə tutulduğu kimi, idxal olunan elektrikenerjisi alışının həcmi artıq bütün Naftogaz müəssisələrininehtiyaclarının 50%-dən çoxunu ödəyir", - deyə şirkətin idarəheyətinin sədri Sergey Koretski qeyd edib.
Onun sözlərinə görə, müvafiq həcmdə elektrik enerjisi məişətistehlakçılarının ehtiyacları üçün sərbəstləşdirilib.