EN

Hansı sahədə çalışanların pensiyası arta bilər?

Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda işləyən pensiyaçı vətəndaşların pensiya kapitalından istifadəsinin dörd ildən bir olmaqla üç dəfə hesablanmasını təklif edib. O bildirib ki, işləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişiklik xeyli sayda vətəndaşın pensiyasında artımlara səbəb olacaq. Mövcud qanunvericiliyə görə, bu, altı ildən bir olmaqla ümumilikdə iki dəfə hesablanır.

Maraqlıdır, görəsən, sözügedən təklif qəbul olunarsa, hansı sahədə çalışan şəxslərin pensiyalarında artımlar olacaq?

Məsələ ilə bağlı danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, mövcud qanunvericiliyə uyğun olaraq, vətəndaş pensiya hüququ əldə etdikdən sonra belə əmək fəaliyyətini davam etdirə bilər:

Hansı

"O bildirib ki, bununla bağlı dövlət sektorunda müəyyən məhdudiyyətlər var. Bir sıra fəaliyyət sahələri üzrə 65 yaşını keçmiş şəxslər məcburi qaydada işdən kənarlaşdırıla bilərlər. Lakin elmi fəaliyyət, tədqiqat sahələrində işləyənlərə, müəllimlərə, həkimlərə güzəşt edilir. Özəl sektorda yaş məhdudiyyəti, demək olar ki, yoxdur və şəxslərin işdən çıxarılmasına heç bir əsas yaranmır. Həmin vətəndaşın işdən azad olunmasına dair qərar rəhbər tərəfindən müəyyənləşdirilir.

Chosen
59
6
publika.az

10Sources