EN

Suraxanı rayonunda “QAN SU YERİNƏ AXIR” – sakinlər təşviş içində- VİDEO

Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində, 208 nömrəli tam orta məktəbin qarşısında yerdən qırmızı rəngli mayenin axması sakinlər arasında narahatlıq yaradıb.

Hadisə şahidlərinin sözlərinə görə, asfalt örtüyündə yaranmış çatdan sanki qan rəngində su çıxır və yol boyunca yayılır.

Hadisənin səbəbi hələlik məlum deyil.

Sakinlər vəziyyətin araşdırılmasını və təhlükəsizlik tədbirlərinin görülməsini tələb edirlər.

 

Chosen
36
nocomment.az

1Sources