EN

“Qarabağ”la oyunda iştirakı sual altındadır

style='margin-bottom:10px;'>

“Liverpul”un mərkəz müdafiəçisi Co Qomes (Joe Gomez) zədələnib.

QOL.az xəbər verir ki, hadisə İngiltərə Premyer Liqasının 23-cü turunda “Bornmut”a qarşı səfər matçında baş verib. Meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşan görüşdə o, komanda yoldaşı Allisonla toqquşaraq zədə alıb və artıq 35-ci dəqiqədə məcburi əvəzlənməli olub.

Onun yanvarın 28-də “Qarabağ”a qarşı keçiriləcək Çempionlar Liqası oyununda iştirakı sual altındadır.

“Co Qomesin iki-üç günə məşqlərə qayıdıb-qayıtmayacağını deyə bilmərəm, amma bu gün davam edə bilməyəcəyi aydın idi” - deyə matçdan sonra “Liverpul”un baş məşqçisi Arne Slot bildirib.

Chosen
152
2
teleqraf.com

3Sources