EN

Azərbaycan Basketbol Liqasında 14-cü tura yekun vurulur

Azərbaycan Basketbol Liqasının 14-cü turu çərçivəsində bu gün A qrupunda keçiriləcək iki oyunla tura yekun keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Şəki” komandası evdə NTD-ni qəbul edəcək. Görüş Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da başlayacaq.

Turnir cədvəlində “Şəki” 15 xalla beşinci pillədə qərarlaşıb. 13 xala malik NTD isə sonuncu – altıncı yerdədir.

Turun sonuncu oyununda isə “Neftçi” “Abşeron Lions”la qarşılaşacaq. Oyun saat 18:00-da Bakı İdman Sarayında keçiriləcək.

“Abşeron Lions” lider “Sabah”la eyni - 25 xalla malikdir və ikinci pillədədir. 18 xal toplayan “Neftçi” isə üçüncüdür.

İdman.Biz
Chosen
33
idman.biz

1Sources