EN

Əbu-Dabi görüşünün pərdəarxası: Tərəflər az qala dost kimi görünürdülər

BAKI, 25 yanvar. TELEQRAF

ABŞ, Rusiya və Ukrayna arasında Əbu-Dabidə baş tutan üçtərəfli danışıqlar məhsuldar və dostluq şəraitində keçib.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Qeyd olunur ki, danışıqlar prosesi həm ABŞ vasitəçilərinin iştirakı ilə keçirilən ümumi görüşləri, həm də Rusiya və Ukrayna nümayəndə heyətlərinin amerikalılar olmadan baş tutan birbaşa təmaslarını əhatə edib.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi nəşrə açıqlamasında danışıqların detallarını bölüşüb: "Hər şey müzakirə olundu. Heç bir tərəf müzakirənin gedişatından narahatlıq keçirmədi. Heç bir sualı nəzərdən qaçırmadıq və kimisə məcbur etməyə ehtiyac qalmadı. Otaqda böyük qarşılıqlı hörmət müşahidə etdik, çünki insanlar həqiqətən həll yolu axtarırdılar".

Məlumata görə, danışıqların ikinci gününün sonunda hər üç qrup birlikdə nahar edib. "Müəyyən məqamda hamı demək olar ki, dost kimi görünürdü. Məndə ümid hissi yarandı", - deyə amerikalı rəsmi vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabi danışıqlarının ilk nəticələri barədə danışarkən, müzakirələrin əsasən müharibənin bitməsi parametrlərinə fokuslandığını bildirmişdi.

Chosen
22
2
teleqraf.com

3Sources