EN

Şans qapını döyür: Fevralda bu bürclər üçün möcüzə olacaq

2026-cı ilin fevral ayı astroloji baxımdan yenilənmə, fürsətlər və şanslı dönüş nöqtələri ilə yadda qala bilər, xüsusilə də bəzi bürclər üçün bu dövr həyatın müxtəlif sahələrində müsbət dəyişikliklər vəd edir.

“Yeni Sabah” xəbər verir ki, astroloqların fikrincə, fevral ayında planetlərin harmonik düzülüşü Şir, Oxatan, Buğa və Dolça bürclərini digərlərindən daha şanslı mövqeyə çıxarır.

Günəş və Yupiterin güclü və dəstəkləyici təsiri Şir və Oxatan bürclərinə xüsusi enerji verir. Bu bürclər fevral ayında karyera yüksəlişi, yeni layihələrə başlamaq və rəhbərliklə bağlı mövqelər əldə etmək baxımından uğurlu mərhələyə daxil olur. Eyni zamanda şəxsi münasibətlərdə də canlanma müşahidə edilə bilər. Subay Şir və Oxatanlar üçün yeni tanışlıqlar, ailəli olanlar üçün isə münasibətlərin möhkəmlənməsi ehtimalı yüksəkdir.

Buğa və Dolça bürcləri üçün isə fevral ayı daha çox maddi rifah və sosial çevrənin genişlənməsi ilə seçilir. Buğalar üçün gözlənilməz gəlir mənbələri, sərfəli təkliflər və uzunmüddətli maliyyə planlarının uğurla reallaşması mümkündür. Dolçalar isə dostluq əlaqələri, kollektiv işlər və ictimai mühitdə diqqət mərkəzinə düşə bilərlər. Bu dövrdə verilən qərarlar gələcək ayların taleyinə birbaşa təsir göstərə bilər, ona görə də tələsmədən, amma cəsarətlə addım atmaq tövsiyə olunur.

Astroloqlar vurğulayır ki, fevral ayında şanslı olmaq təkcə planetlərin mövqeyi ilə deyil, həm də doğru zamanda doğru qərar verməklə bağlıdır. Bu baxımdan adı çəkilən bürclər üçün intuisiya və daxili balans əsas rol oynayacaq.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
66
yenisabah.az

1Sources