EN

Hakan Fidandan Trampı təəccübləndirən HƏRƏKƏT - hansı mesajı verməyə çalışdı? - VİDEO

Davos İqtisadi Forumunda Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qəzza Sülh Şurasına dair sənədi masada olan qələmlə deyil, cibindən çıxardığı şəxsi qələmlə imzalaması diqqətdən yayınmayıb.

Milli.Az xəbər verir ki, ABŞ-nin prezidenti Donald Trampın da maraqla izlədiyi bu an sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Mütəxəssislər bu detalın təsadüfi olmadığını bildirirlər. Kəşfiyyat və təhlükəsizlik mühitində qələm, açar, alışqan kimi adi əşyalar potensial təhlükə mənbəyi hesab olunur. Bu səbəbdən təhlükəsizlik və kəşfiyyat təcrübəsi olan şəxslər ictimai məkanlarda başqasına məxsus əşyalardan istifadə etməməyə üstünlük verirlər.

Uzun illər Türkiyənin Milli Kəşfiyyat Təşkilatına rəhbərlik etmiş Hakan Fidanın bu davranışı da məhz peşəkar təhlükəsizlik refleksi ilə izah edilir.

Tarixi faktlar da bu yanaşmanın əsaslı olduğunu göstərir. ABŞ və keçmiş KQB kəşfiyyatlarının vaxtilə qələm üzərində həyata keçirdiyi təhlükəli texniki modifikasiyalar bu cür ehtiyatlı davranışın köklərinin nə qədər dərinə getdiyini sübut edir.

Kəşfiyyat dünyasında qəbul edilən əsas qayda isə belədir: ən təhlükəli olanlar, çox vaxt ən məsum görünənlərdir.

Hüseyn
Milli.Az

Chosen
17
2
milli.az

3Sources