“Liverpul”un mərkəz müdafiəçisi Co Qomes zədələnib.
Msport.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 23-cü turunda “Bornmut”la qarşı səfər matçında zədə alıb. Meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşan görüşdə Qomes komanda yoldaşı Allisonla toqquşaraq xəsarət alıb və 35-ci dəqiqədə əvəzlənib.
Onun yanvarın 28-də “Qarabağ”a qarşı keçiriləcək Çempionlar Liqası oyununda iştirakı sual altındadır.