EN

Şahrux Xanın 1 milyon dollarlıq saatı

Bollivud ulduzu Şahrux Xan bu dəfə 1 milyon dollardan çox dəyərində olan bahalı saatı sayəsində yenidən diqqət mərkəzindədir.

“Cebheinfo.az” xəbər verir ki, aktyor Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 2026-cı il Joy Mükafatları mərasimində ultra bahalı saatı ilə diqqət çəkib və dərhal internetdə müzakirə mövzusuna çevrilib.

Bütün diqqətlər nadir Rolex Cosmograph Daytona "Mavi Safir" saatına yönəlib. Bu, dəyəri 1,5 milyon dollardan çox olan eksklüziv saatdır.

Bu model adi mağazalarda satılmır, yalnız Rolex VIP müştəriləri üçündür və dünyada bu cür saatların sayı inanılmaz dərəcədə məhduddur. Saat 18 karatlıq ağ qızıldan hazırlanıb, çərçivədə 54 brilyant və 36 sapfir ilə bəzədilib və işığa görə rəngini dəyişən gümüşü obsidian siferblatı var. 

Şahruxun bu modeli ilk dəfə taxmayıb. Aktyor əvvəllər onu Dubayda Yeni il şənliklərində taxıb.

Chosen
50
2
cebheinfo.az

3Sources